Biləsuvarda ağır yol qəzası baş verib, üç nəfər ölüb

10:47 31.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvarda ağır yol qəzası nəticəsində üç nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Hundai” markalı avtomobil idarəetməni itirmə nəticəsində aşıb, avtomobildə olan 7 nəfərdən ikisi hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib. Xəsarət alan digər üç nəfər isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.